"Botafoqo"nun baş məşqçisi istefaya GÖNDƏRİLDİ
30.06.2025 - 14:09
"Botafoqo"da ayrılıq baş verib.
Apasport.az xəbər verir ki, Braziliya təmsilçisi baş məşqçi Renato Payva ilə yolları ayırıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mütəxəssis klublararası dünya çempionatında mübarizəni dayandırdıqdan sonra istefaya göndərilib. Onun komandası 1/8 finalda Braziliya A Seriyasının digər təmsilçisi "Palmeyras"a məğlub olub - 0:1.
Qeyd edək ki, Payva 2025-ci ilin fevralından komandanı çalışdırırdı.
- Azərbaycan çempionatlarının püşkatma mərasiminin vaxtı bəlli olub
- Kənan Kərimov: "Qarabağ"ın səviyyəli legionerlərə ehtiyacı var" - MÜSAHİBƏ
- Ağcabədidə bədii gimnastika üzrə yeni bölmə fəaliyyətə başlayıb
- Qurban Qurbanov: "Xabi Alonsonun iş prinsipləri çox maraqlı idi"
- "Zirə"nin oyununu idarə edəcək hakimlər briqadası açıqlanıb
0
0