Braziliya millisinin üzvü karyerasını sonlandırıb
24.03.2026 - 19:58
Braziliya millisinin üzvü karyerasını sonlandırıb

Braziliya millisinin sabiq hücumçusu Vaqner Lav 41 yaşında karyerasını başa vurub.

Apasport.az xəbər verir ki, bu barədə futbolçu şəxsi sosial şəbəkə hesabında paylaşım edib.

Təcrübəli forvard karyerası ərzində birgə çalışdığı hər kəsə təşəkkür edərək yaşıl meydanlarla vidalaşdığını elan edib.

Braziliya millisinin heyətində 20 oyun keçirən Lav Türkiyənin “Alanyaspor” və “Beşiktaş” komandalarında da çıxış edib.

Qeyd edək ki, futbolçu karyerası boyunca 2 dəfə Amerika Kuboku, 1 dəfə UEFA Kuboku, 4 dəfə Rusiya çempionluğu qazanıb, həmçinin 1 dəfə Braziliya A Seriyasının qalibi olub.