İngiltərə Premyer Liqası təmsilçilərindən "Vulverhempton"un hücumçusu Mateus Kunya komandasını dəyişə bilər.
Apasport.az xəbər verir ki, "Mançester Yunayted" braziliyalı futbolçunu transfer etmək istəyir.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Mənbənin məlumatına görə, "qırmızı şeytanlar" futbolçunun sərbəstqalma məbləği olan 62,5 milyon avronu ödəməyə hazırdır.
Xatırladaq ki, "Vulverhempton" Mateus Kunyanı 2023-cü ildə "Atletiko"dan transfer edib.
Qeyd edək ki, Braziliya millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 29 rəsmi matçda 15 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
- Arda Turan cəzalandırılıb
- Hasan Arat klub prezidentliyindən deyil, “Beşiktaş Futbol” AŞ. başqanlığından istefa verdiyini açıqlayıb - YENİLƏNİB
- Portuqaliya kubokunun sahibi müəyyənləşdi - 18-ci dəfə
- Azərbaycan və Kamerun Gimnastika Federasiyaları arasında memorandum imzalanıb
- Azər Bağırov: "Heç kim yaxşı oyunçusunu bizə verməyəcək"