Braziliyadan A Seriyasına - Kaiki “Komo”da
19.06.2026 - 22:51
Braziliyadan A Seriyasına - Kaiki “Komo”da

İtaliyanın “Komo” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin iddiasına görə, A Seriyası təmsilçisi Braziliyanın “Kruzeyro” klubunda çıxış edən Kaikinin transferini yekunlaşdırıb.

Tərəflər ödəniş şərtləri və digər detallarla bağlı tam razılığa gəlib.

22 yaşlı sol cinah müdafiəçisi “Komo”ya icarə əsasında qoşulacaq.

Müqavilədə məcburi satınalma bəndi də yer alıb. Transfer paketinin ümumi dəyəri 14 milyon avro təşkil edir.

Qeyd edək ki, Kaiki ötən mövsüm “Kruzeyro”nun heyətində bütün turnirlərdə 31 oyunda meydana çıxıb, 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.