Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
29.09.2026 - 16:16
Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş

Braziliya millisi yoldaşlıq görüşündə Avstraliya ilə qarşılaşıb.

Apasport.az xəbər verir ki, Karlo Ançelottinin komandası rəqibini 4:2 hesabı ilə məğlub edib.

Qarşılaşma Avstraliyanın Brisben şəhərində keçirilib. 

Braziliya 3-cü dəqiqədə Vandersonun qolu ilə hesabı açıb. Lakin Avstraliya Alessandro Çirkati və Konnor Metkalfın qolları ilə önə keçib – 2:1.

Bundan sonra Karlo Ançelottinin yetirmələri oyunda geridönüş etməyi bacarıb.

İlk hissənin sonlarında Rafinya penaltidən bərabərliyi təmin edib. Fasilədən sonra Bruno Gimaraeş 70-ci dəqiqədə Braziliyanı yenidən önə çıxarıb. Vinisius Junior isə 80-ci dəqiqədə penaltidən fərqlənərək yekun hesabı müəyyənləşdirib – 4:2. 

Qeyd edək ki, komandalar sentyabrın 25-də də üz-üzə gəlmişdilər. Həmin görüş 1:1 hesabı ilə başa çatmışdı.