"Brentford" Tonini cəmi 70 milyon avroya satacaq
14.08.2024 - 14:37
London klublarından "Brentford" hücumçusu İvan Toninin transfer qiymətini müəyyənəşdirib.
Apasport.az “The Independent”ə istinadla xəbər verir ki, “arılar” ingilisi ən azı 70 milyon avro təzminat qarşılığında sərbəst buraxacaqlar.
Daha əvvəl bildirilmişdi ki, Toni "transfer pəncərəsi" bitməmiş hələ də yeni forvard axtarışında olan “Mançester Yunayted”ə keçə bilər.
28 yaşlı Toni İngiltərə Premyer Liqasının son mövsümündə 4 qol vurub, 2 məhsuldar ötürmə edib. Hücumçu cəza səbəbindən mövsümün yarısını buraxıb.
- Azərbaycan Kubokunda sona doğru: Finallarda 300 minə yaxın tamaşaçı
- Azərbaycanın voleybol millisi Belarusdakı təlim-məşq toplanışını başa vurub
- “Messizm” yayılır - Argentinada yeni din yaranıb
- “Çelsi”nin müdafiəçisi üçün 47 milyon avro
- Azərbaycanlı hakim Avropa çempionatının seçmə oyununa təyinat alıb
0
0