
Daha əvvəl xəbər verdiyimiz kimi, "Mançester Siti"nin ulduzu Kevin De Bruyne mövsümün sonunda komandanı tərk edəcəyini açıqlamışdı.
Apasport.az xəbər verir ki, "Mançester Yunayted"in futbolçusu Bruno Fernandes bu məsələ ilə bağlı bir sıra açıqlamalar verib:
“Kevin de Bruyne Premyer Liqanı daha da güclü hala gətirdi. Əgər "Mançester Siti" bu gün olduğu yerdədirsə və "Mançester Yunayted"dən daha çox kubok qazanıbsa, bunun səbəblərindən biri də məhz odur. Onu yaxından görmək və ona qarşı oynamaq möhtəşəm bir hissdir. O, təkcə "Mançester Siti"nin yox, Premyer Liqa tarixində də önəmli yer tutacaq".