Bu gün futbol üzrə UEFA Millətlər Liqasında bir sıra qarşılaşmalar keçiriləcək.
Apasport.az xəbər verir ki, oktyabrın 4-də baş tutacaq oyunlardan beşi Azərbaycan və Türkiyə telekanalları vasitəsilə canlı yayımlanacaq.
Azərbaycan millisinin Litva ilə görüşünü CBC Sport canlı yayımlayacaq. Qarşılaşma saat 17:00-da başlayacaq.
Qeyd edək ki, oyunların başlama saatları Bakı vaxtı ilə göstərilib.
4 oktyabr
UEFA Millətlər Liqası
17:00. Azərbaycan – Litva — CBC Sport
20:00. Kosovo – Avstriya — CBC Sport, A Spor
22:45. Portuqaliya – Norveç — CBC Sport
22:45. Uels – Danimarka — S Sport+
22:45. Niderland – Serbiya — A Haber, A Spor