Şəfəq Kərimova mübarizəni dayandırdı
04.10.2026 - 12:34
Bakıda cüdo üzrə dünya çempionatı keçirilir.
Apasport.az xəbər verir ki, Azərbaycan cüdoçusu Şəfəq Həmidova mübarizəni erkən dayandırıb.
48 kq çəki dərəcəsində yarışan idmançı 1/32 finalda madaqaskarlı cüdoçu Nataşa Razafindrakaloya uduzub.
Qeyd edək ki, turnir oktyabrın 11-nə qədər davam edəcək. Azərbaycanı 13 çəki dərəcəsində 24 cüdoçu – 17 kişi və 7 qadın təmsil edəcək.
0
0