Daha əvvəl xəbər verdiyimiz kimi, "Beşiktaş" "Qalatasaray"la baş tutan görüşdən (2:1) sonra, rəsmi sosial şəbəkə hesabından istehzalı bir video paylaşmışdı.
Apasport.az xəbər verir ki, "cimbom"un vitse-prezidenti İbrahim Hatipoğlu paylaşılan video ilə bağlı mətbuata bir sıra açıqlamalar verib.
Haripoğlu bu hərəkətin doğru olmadığını və videonun tez bir zamanda silinməsinin vacib olduğunu dilə gətirib:
"Çox məyusuq. Bizi evində bu qədər gözəl qarşılayan və yola salan bir klubun belə bir hərəkət etməsi bizi incidir. "Beşiktaş" rəhbərliyi tez bir zamanda bizdən üzr istəməli və videonu silməlidir. Bu davranış "Beşiktaş"a yaraşmadı".
- Azərbaycanın yunan-Roma güləşi millisi toplanışa başlayır
- Avropa çempionu "Milan"da oynayacaq
- Qurban Qurbanov: "Millinin yeni baş məşqçi məsələsi yaxın günlərdə öz həllini tapacaq”
- Braziliya rəqibini gözləyir - 1/8-də Afrika və ya Skandinaviya təmsilçisi
- Xorvatiya millisinin oyununu Əliyar Ağayev idarə edəcək