“Bu qələbə mənə böyük inam verir”
27.11.2023 - 15:28
“Rodriqo qayıtdı və bu gün fərq yaratdı”.
Apasport.az xəbər verir ki, bunu “Real”ın baş məşqçisi Karlo Ançelotti deyib.
İtaliyalı mütəxəssis İspaniya çempionatının 14-cü turunun “Kadis”lə matçındakı qələbəni (3:0) şərh edib: “Biz çox razıyıq. Çünki nəticə göz qabağındadır. Oyunu düzgün qurmalı idik və bunu başdan sona qədər etdik. Çətinliklər bəzən fürsətlər və əlavə motivasiya verir. Futbolçular bunu yaxşı başa düşürdülər. Bugünkü qələbə mənə növbəti matçlar qarşısında böyük inam verir”.
Qeyd edək ki, “Real” 35 xalla çempionatın turnir cədvəlinə başçılıq edir.
- “İrəvan”ın rəhbəri: “Bura 90-cı illərin Xalq Cəbhəsi deyil ki…”
- Yığmamız təlim-məşq toplanışında
- Azərbaycanda ilk dəfə keçiriləcək Ne-vaza ACF Kubokuna hakimlərin hazırlığı üçün təlim keçirilib
- "Neftçi" "Cəlilabad"ı məğlub edib
- Kəmaləddin Heydərov dünya çempionatına yollanacaq taekvondoçularla görüşdü
0
0