Bundesliqa klubunda yeni müqavilə
01.09.2022 - 00:24
“Bayer” futbolçusu Lukaş Qradetski ilə yeni müqavilə imzalayıb.
Apasport.az saytının məlumatına görə, bunu Almaniya klubunun mətbuat xidməti açıqlayıb.
Qapıçı ilə anlaşma 2026-cı ilin yayına qədər nəzərdə tutulub. 32 yaşlı əlcək sahibi 2018-ci ildən Bundesliqa təmsilçisində forma geyinir.
Lukaş “Bayer”də 172 oyun keçirib. O, bu matçlarda 223 qol buraxıb.
Qeyd edək ki, qapıçı “aspirinlər”in kapitanıdır.
- Reqekampf: "O cür buraxılan 2 qol gənc oyunçular üçün problem yaratdı"
- "Sumqayıt" kanadalı basketbolçu transfer edib
- A Seriyasında təxirə salınan matçların keçiriləcəyi vaxt açıqlanıb
- Pedri: “Messili Argentina mundialı qazansın”
- Bakıda keçirilən fiqurlu konkisürmə Qran-prisində fransalı cütlük qalib gəlib - FOTO
0
0