Bundesliqada yeni rekord
04.09.2022 - 20:46
Mönhenqladbax “Borussiya”sının qapıçısı Yan Zommer Bundesliqanın tarixinə düşüb.
Apasprort.az saytının məlumatına görə, isveçrəli Almaniya çempionatında ən çox oyun keçirən legioner qapıçı adına yiyələnib.
V turun “Mayns”la görüşü 33 yaşlı əlcək sahibi üçün 267-ci olub. O, isveçli Ronni Helstryomun rekordunu geridə qoyub. Skandinaviyalı 1974-1984-cü illərdə “Kayzerslautern”də çıxış edib.
Qeyd edək ki, Zommer 2014-cü ildən “Borussiya”da forma geyinir. O, bu komandada 363 qol buraxıb.
- Uşaqda fərasətə bax: Donnarumanı aldadan bosniyalıdan etiraf
- Ayxan Abbasov: "3 xal bizim üçün qızıl dəyərindədir"
- Çimərlik güləşçiləri Dünya Seriyasının növbəti mərhələsinə qatılacaqlar
- İrəvanda medal qazanan türkiyəli idmançılar: "Qələbəmizi Azərbaycana ərməğan edirik" - VİDEO
- Ronaldo “Mançester Yunayted”lə bağlı fikrini qətiləşdirdi
0
0