Bundesliqadan Premyer Liqaya - RƏSMİ
05.07.2025 - 23:27
"Çelsi" hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda "Borussiya Dortmund"dan Ceymi Qittensi transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Zadəganlar" ingiltərəli vinger üçün Bundesliqa təmsilçisinə 60 milyon avro təzminat ödəyəcək.
20 yaşlı futbolçu ilə 2032-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Borussiya" Ceymi Gittensi 2020-ci ildə "Mançester Siti"nin akademiyasından transfer etmişdi. O, Dortmund təmsilçisinin heyətində meydana çıxdığı 107 rəsmi matçda 17 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.
- Roman Qriqorçuk: “Neftçi”nin yüksək hədəflərə çatması üçün Bauerin çox köməyi dəyəcək”
- “Vest Hem” 58 il sonra
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- İspaniya millisinin üzvü daha 3 il "Arsenal"da - RƏSMİ
- Qattuzo öz ampluasında - futbolçuları döyür
0
0