Caka “Bayer”lə razılığa gəldi
17.05.2023 - 17:45
“Arsenal”ın futbolçusu Qranit Caka karyerasını Almaniyada davam etdirməyə yaxındır.
Apasport.az saytının məlumatına görə, 30 yaşlı isveçrəli yarımmüdafiəçi “Bayer”lə razılıq əldə edib.
Tərəflər müqavilənin bütün şərtlərində ortaq məxrəcə gəlib. O, yayda Leverkuzen təmsilçisinə qoşulacaq. Caka “aspirinlər”lə 2027-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayacaq.
Qeyd edək ki, cari mövsüm London klubunda 45 matç keçirən Qranit 7 qol və 7 məhsuldar ötürməyə imza atıb.
- İngilislər 62 il sonra İtaliya millisini səfərdə yenməyi bacardı
- Millimizin üzvləri Qəbələdə yeniyetmə futbolçularla görüşüblər
- Füzuliyə yeni köç edən gənclər Aşağı Köndələnçayda avar çəkəcək - FOTO + VİDEO
- “Beşiktaş”ın futbolçusu La Liqada çıxış edə bilər
- Haland “Mançester Siti”dən kimdən geri qalır?
0
0