Çalhanoğludan yeni rekord
13.11.2023 - 15:51
Hakan Çalhanoğlu yeni rekorda imza atıb.
Apasport.az xəbər verir ki, “İnter”in 29 yaşlı yarımmüdafiəçisi “Frosinone” ilə qarşılaşmada fərqlənməklə adını Türkiyə futbolunun tarixinə yazıb.
İtaliya A seriyasında sayca 37-ci qolunu vuran Türkiyə millisinin kapitanı bununla da Şükrü Gülesinin rekordunu qırıb. 1977-ci ildə vəfat edən Gülesin “Latsio” və “Palermo” forması ilə çıxdığı 79 oyunda 36 qol vurub.
Qeyd edək ki, Çalhanoğlu “İnter”dən başqa İtaliyada “Milan” klubunun da formasını geyinib.
- “Ayın qolu” layihəsinin qalibləri bəlli olub
- Azərbaycan deflimpiyaçılarından dünya çempionatında 7 medal
- "Neftçi SOCAR" mövsümün final mərhələsinə qələbə ilə başlayıb
- Meza Kolli: "Mən özümü Azərbaycanda xoşbəxt hiss edirəm" - MÜSAHİBƏ
- Türkiyə klublarının avrokubok matçlarının baş hakimləri bəlli olub
0
0