"İnter"in yarımmüdafiəçisi Hakan Çalhanoğlu uzun müddətdən sonra ilk dəfə penaltini qola çevirə bilməyib.
Apasport.az xəbər verir ki, türkiyəli futbolçu "Napoli" ilə matçın (1:1) 74-cü dəqiqəsində penalti qazansa da, onun zərbəsi qeyri-dəqiq olub.
Çalhanoğlu "İnter"də çıxış etdiyi müddətdə ardıcıl 19 penaltini qola çevirə bilib. “Napoli” matçında buraxılan penalti Hakan üçün “İnter” karyerasında bir ilk olub.
Karyerası boyunca cəmi 35 penalti zərbəsi yerinə yetirən Çalhanoğlu onlardan 31-ni qola çevirərək, təxminən 88,57% uğur qazanıb.
Qeyd edək ki, cari mövsümdə Çalhanoğlu bütün turnirlərdə “neradzurri”nin heyətində 12 matçda 4 qol vurub.
- “Qalatasaray” mükafatlandırılma mərasimindən imtina etdi - Şüarlara görə
- Akanci “Mançester Siti”də qazancı bəlli oldu
- "Bilmirəm, hakimlər bizim uğursuzluğumuzu istəyirlər?"
- Atletika Federasiyasının 2 üzvü beynəlxalq dərəcəli hakim statusu alıb
- Rəşad Sadıqov: "Çalışacağıq ki, "Qarabağ"a qarşı layiqli müqavimət göstərək"