"Çelsi" ÇL üçün 3 yeni transferini daxil etdi, Obameyanqı çıxardı
03.02.2023 - 20:52
"Çelsi" UEFA Çempionlar Liqasının (ÇL) pley-off mərhələsi üçün sifariş ərizəsini açıqlayıb.
Apasport.az xəbər verir ki, siyahıya yeni transferlərdən ukraynalı Mixail Mudrik, argentinalı Enso Fernandes və portuqaliyalı Juau Feliks daxil edilib.
Eyni zamanda, qabonlu hücumçu Pyer-Emerik Obameyanq iştirak ərizəsindən çıxarılıb. Yeni transferlərdən Benuva Badyaşil də ora əlavə edilməyib.
Qeyd edək ki, "Çelsi" fevralın 15-də Dortmundda "Borusiya"nın qonağı olacaq.
- Azərbaycanı Yunanıstandakı yarışda təmsil edəcək güləşçilər müəyyənləşib
- Stolüstü tennisçilərimiz Türkiyəyə yollanıblar
- Andrey Lunyov: “Zədəmin nə dərəcədə ciddi olduğunu bilmirəm”
- "O hakimi Həvəskarlar Liqasında da işləməyə qoymaram" - VİDEO
- Elmar Baxşıyev: “Mən daha yaxşı "Araz-Naxçıvan" görmək istəyirəm”
0
0