"Çelsi" Kvaratsxeliyaya elçi düşdü
23.11.2023 - 15:19
“Napoli”nin futbolçusu Xviça Kvaratsxeliya “Çelsi”nin hədəfinə düşüb.
Apasport.az xəbər verir ki, İngiltərə klubu gürcüstanlı hücumçunun transferi üçün danışıqlara başlayıb.
Londonlular onun üçün 100 milyon avro xərcləməyə hazırdır. 22 yaşlı forvardla "Mançester Siti", "Real", "Barselona" və "Nyukasl" kimi klublar da maraqlanır.
Qeyd edək ki, Kvaratsxeliya “Napoli”nin çempion olduğu 2022/23 mövsümündə 43 oyunda 14 qol və 17 məhsuldar ötürməyə imza atıb.
- Super Liqanı tərk edəcək daha bir komanda bəlli olub
- “Fövqəladə hallar uşaqların gözü ilə” XII Respublika uşaq yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTO
- “Sabah” braziliyalı müdafiəçiyə klub axtarır
- “Leypsiq” futbolçusunu 5 milyona satdı
- "Sabah" yarımfinal seriyasına böyük hesablı qələbə ilə başlayıb
0
0