"Çelsi" "Mançester Yunayted"ə rəqib oldu
02.03.2023 - 20:17
"Napoli"nin hücumçusu Viktor Osimhen "Çelsi"yə keçə bilər.
Apasport.az xəbər verir ki, London klubu hücumçu ilə maraqlanır və transfer təklifi hazırlayır. "Çelsi"nin sahibi Todd Bouehli oyunçuya hazırkı maaşının iki qatını ödəməyə hazırdır. "Napoli"də Osimhen ildə 4,5 milyon avro qazanır.
Nigeriyalıya maraq "Mançester Yunayted" tərəfindən də var. 24 yaşlı hücumçu üçün "Napoli" 120-130 milyon avro tələb edir.
Qeyd edək ki, bu mövsüm A Seriyasının 20 oyununda Viktor Osimhen 19 qol vurub və 3 məhsuldar ötürmə edib.
- Dünya çempionatına vəsiqə qazanan Azərbaycan bilyardçıları bəlli oldu
- “ABB Gənc Basketbol Liqası”nın ikinci mərhələsinin tarixi bəlli oldu
- "Sabah" və "Sumqayıt"ın Konfrans Liqasındakı rəqibləri bəlli olub - YENİLƏNİB
- “Bavariya”dan yeni rekord
- "Qarabağ"la matçda qələbə qazansalar, yüksək məbləğdə mükafat alacaqlar
0
0