“Çelsi” onun razılığını aldı
08.09.2022 - 12:48

“Çelsi” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, bu vəzifəyə Qrem Potter təyin olunacaq.
“Brayton”un baş məşqçisi ilə görüşən London klubunun nümayəndələri onun şifahi razılığını alıb. Təyinatın qarşıdakı 24 saat ərzində rəsmiləşməsi gözlənilir.
“Çelsi” rəhbərliyi mütəxəssisin həftəsonu “Fulhem”lə qarşılaşmada komandaya rəhbərlik etməsini istəyir. Onun təyinatı üçün “Brayton”a da 10 milyon funt sterlinq ödəniləcək.
Qeyd edək ki, londonlular Çempionlar Liqasında Zaqreb “Dinamo”suna 0:1 hesabı ilə uduzduqdan sonra Tomas Tuxeli istefaya göndərib.
- “Çelsi” İngiltərənin ən bahalı transferini edə bilər
- İngiltərə millisinin veteranı siyasi çıxışına görə BBC-dən uzaqlaşdırıldı
- “Qalatasaray” yeni baş məşqçisi ilə anlaşdı
- Ukrayna tarixinin ən bahalı futbolçuları – Zinçenko 2-ci pilləyə yüksəldi
- “Qarabağ” Çempionlar Liqasında mümkün rəqibi müəyyənləşdi
0
0