“Çelsi” “Sportinq”in futbolçusunu transfer edəcək
14.03.2025 - 19:58
İngiltərə Premyer Liqası komandalarından "Çelsi" "Sportinq"in yarımmüdafiəçisi Covanni Kendanı transfer edəcək.
Apasport.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Mənbənin məlumatına görə, "zadəganlar" oyunçu üçün 50 milyon avro ödəniş edəcək.
17 yaşlı futbolçu londonluların heyətinə 2026-cı ildə qoşulacaq və 7 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Kenda bu mövsüm "Sportinq"in heyətində meydana çıxdığı 43 oyunda 2 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.
- Türkiyə AVRO-2028 və ya AVRO-2032-yə namizədliyini UEFA-ya göndərdi
- “Kubok matçını da bu şəkildə qazanmaq istəyirik“ - Evren Alkaya
- İspaniya klubu "Yuventus"un futbolçusu ilə danışıqlar aparır
- Atıcımız beynəlxalq turnirdə qızıl medal qazandı
- Dünya və Avropa çempionu Pikenin təşkil etdiyi turnirdə çıxış edəcək
0
0