"Çelsi" Xavini dəvət edə bilər
26.03.2024 - 15:56
“Barselona”nın baş məşqçisi Xavi Hernandez “Çelsi”nin yeni baş məşqçisi ola bilər.
Apasport.az xəbər verir ki, "mavilər"in rəhbərliyi ispan mütəxəssisin işini bəyənirlər.
Xatırladaq ki, Xavi daha əvvəl cari mövsümün sonunda "Barselona"dan ayrılacağını açıqlamışdı.
Daha əvvəl 44 yaşlı çalışdırıcının xidmətində "Nyukasl"ın maraqlı olduğu bildirilirdi.
“Çelsi” hazırda 39 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində 11-ci yerdədir. Komandanın baş məşqçisi hazırda argentinalı Maurisio Poçettinodur.
- "Zirə" son dəqiqədə güldü, "Sabah" evində xalsız qaldı- YENİLƏNİb
- İngiltərə – Slovakiya oyununun ən yaxşısı
- "Xilasedici"nin Çelenc Kubokunun 1/16 final mərhələsindəki oyunlarının tarixi bəlli olub
- Kamal Bayramov: “Fərqi yoxdur, qarşımızda "Neftçi"dir, ya başqası, bizə xallar lazımdır”
- Naxçıvanda “Bir uşaq - bir top” festivalı keçirildi - FOTOLENT
0
0