"Çelsi"də mövsümün ən yaxşı futbolçusu bəlli olub
06.05.2025 - 16:58

"Çelsi"də 2024/25 mövsümünün ən yaxşı futbolçusu bəlli olub.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yarımmüdafiəçi Moyzes Kaysedo bu mövsüm "Çelsi"nin ən yaxşı oyunçusu seçilib. 23 yaşlı ekvadorlu komanda yoldaşları arasında keçirilən səsvermədə 1-ci olub.
Bu mövsüm Kaysedo 41 oyuna çıxıb, 1 qol vurub və 5 məhsuldar ötürmə verib.
Daha əvvəl "Çelsi"nin Kaysedoya yeni müqavilə təklif etməyə hazırlaşdığı bildirilirdi.
- Rusiyadakı beynəlxalq yarışda ölkəmizi təmsil edəcək gimnastlar müəyyənləşib
- Qurban Qurbanov: “Hər qələbə bizə əlavə avrokubok təcrübəsi qazandırır”
- "Trabzonspor"un futbolçusu "Neftçi"nin heyətinə keçə bilər
- Akrobatlarımız Polşada qızıl medal qazanıblar
- “Qarabağ” 7-ci dəfə Azərbaycan kubokunun qalibi olub
0
0