“Çelsi”dən 7,5 illik müqavilə
06.01.2023 - 10:10
İngiltərənin “Çelsi” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az saytı xəbər verir ki, “zadəganlar” Fransanın “Monako” komandasından Benua Badyaşili transfer edib.
“Çelsi” 21 yaşlı futbolçu ilə 7,5 illik müqavilə imzalayıb. London təmsilçisi müdafiəçinin keçidinə görə fransızlara 38 milyon avro ödəyib.
Qeyd edək ki, Badyaşil Fransa milli komandasında 2 oyunda iştirak edib. Son 5 mövsümü “Monako”nun heyətində keçirən Benua 135 oyunda meydana çıxıb.
- FİDE prezidenti: "Naxçıvanda bilmədiklərimi eşitmək maraqlı oldu"
- Londonda 9 qol, “Mançester Yunayted” böyük hesabla məğlub oldu, “Çelsi”dən bərabərlik
- Amin Seydiyevin həyat yoldaşı 1 oyunda 38 qol vurdu
- Muslera ulduzlaşdı: Komandası Argentina çempionu oldu
- "Abşeron" heyətini amerikalı ilə gücləndirib
0
0