“Çelsi”nin müdafiəçisi “Beşiktaş”ın radarında
10.10.2025 - 19:26
"Çelsi"nin müdafiəçisi Aksel Disasi karyerasını Türkiyədə davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Beşiktaş" fransalı futbolçunu transfer etmək istəyir.
Bu barədə yerli mətbuat məlumat yayıb.
İddialara görə, "qara qartallar" Disasini yanvar ayında heyətinə qatmağa çalışacaq.
İstanbul təmsilçisi 27 yaşlı müdafiəçini satınalma bəndi ilə birgə icarəyə götürməyi planlaşdırır.
Qeyd edək ki, "Çelsi" Aksel Disasini 2023-cü ilin yayında "Monako"dan 45 milyon avroya transfer edib.
- Lisenziya Komissiyası "Qəbələ", "İmişli" və "Karvan" barədə qərar verdi - Yeni mövsümdə...
- Super Liqa: “Kayserispor” səfərdə qalib gəldi
- PSJ-nin sahibi Portuqaliyada klub aldı
- Paris-2024 Yay Olimpiya Oyunlarına hakimlər Bakıdakı dünya çempionatında seçiləcək
- Referimiz Niderland - Xorvatiya oyununa təyinat alıb
0
0