Çempiona menecer maneəsi
06.06.2022 - 22:02
“Milan” hücumçusu Rafael Leao ilə müqaviləni uzatmaq istəyir.
Apasport.az saytının məlumatına görə, İtaliya çempionu forvarda illik 4,5 milyon avro maaş təklif edib.
Bu isə Portuqaliya millisinin üzvünün hazırkı məvacibindən üç dəfə çoxdur. 22 yaşlı oyunçu özü sözləşməni yeniləməyə hazırdır. Ancaq onun meneceri Jorje Mendeş buna maneə törədir. O, müştərisinin daha böyük büdcəli kluba keçməsinə çalışır.
Qeyd edək ki, Rafael Leaonun “Milan”la hazırkı müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.
- Azərbaycan parataekvondoçuları 2 qızıl medal qazandı - FOTOLENT
- Mübariz Orucov: "Start heyət düzəltməyə futbolçumuz yoxdur"
- Rauf Əliyev: "Molde" və "Hakken"lə səfərdə qazanılacaq xallar çox vacibdir" – Müsahibə
- "Zirə"nin üzvü boğularaq ölüb
- Arif Əsədov: “De Byazi ilə davam eləmək lazımdır” - MÜSAHİBƏ
0
0