Çempionlar Liqasının üçqat qalibi vəfat etdi
23.11.2022 - 17:30
“Liverpul”, “Everton” və “İpsviç”in sabiq futbolçusu Devid Conson vəfat edib.
Apasport.az saytının məlumatına görə, futbol veteranı 71 yaşında ölüb.
Sabiq hücumçu Çempionlar Liqasının (həmin vaxt Çempionlar kuboku adlanırdı) qalibi olub. Conson 5 qat İngiltərə çempionudur. O, karyerası ərzində 321 matçda 102 qol vurub.
Qeyd edək ki, İngiltərə yığmasında 8 oyunda 6 dəfə fərqlənən forvard AVRO-1980-nin iştirakçısıdır.
- Elnur Əşrəfoğlunun xatirəsinə həsr olunmuş "Media turniri-5" başa çatıb
- Millimiz təlim-məşq toplanışına start verib
- Regekampf: "Neftçi"də oynamaq üçün səviyyələri yetərlidir" - MÜSAHİBƏ
- Alfonso Dominqes: "Növbəti olimpiadada qızıl medal qazanacağam"
- Turan Manafov: “İsveç və Belçika ilə oyunlarda xal qazana bilərik” - Müsahibə
0
0