Bu gün AVRO-2024-ün F qrupunda Portuqaliya və Çexiya milliləri üz-üzə gələcək.
Apasport.az xəbər verir ki, Çexiya ilə qarşılaşacaq Portuqaliya 28 ildir rəqibinə uduzmur.
Uzun müddətdir rəqibinə qalib gələ bilməyən Çexiya qələbə qazanaraq azarkeşlərini sevindirməyə çalışacaq. Turnirin favoritlərindən Portuqaliya isə 28 illik məğlubiyyətsizliyi davam etdirmək üçün mübarizə aparacaq.
Portuqaliya və Çexiya milliləri tarixlərində 6-cı dəfə üz-üzə gələcəklər. Son 5 qarşılaşmada Portuqaliya 4, Çexiya isə 1 dəfə qalib gəlib. Bu görüşlərdə Portuqaliya 10, Çexiya isə 2 qol vurub.
Çexoslovakiyanın dağılmasından sonra Çexiya yeganə qələbəsini AVRO-1996-da əldə edib. Çexlər turnirin 1/4 finalında Portuqaliya ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib. Çempionat tarixində ən yaxşı nəticəni AVRO-1996-da qazanan Çexiya finalda oynamağa müvəffəq olub.
Qeyd edək ki, qarşılaşma bu gün Bakı vaxtilə 23:00-da baş tutacaq.
- Emreli “Nürnberq”lə vidalaşdı
- Bakıda keçiriləcək sumo üzrə dünya çempionatının təqdimatı baş tutub
- “Sərhədçi”nin basketbolçusu: “ Birlik olub növbəti mərhələyə yüksəlməliyik”
- Millimizin baş məşqçisi: “Sona qədər xarakter göstərərək qələbə qazandıq”
- "Sərhədçi"nin baş məşqçisi: "Lazımi tədbirləri görəcəyik"