Ceyms Uord-Praus “Vest Hem”də
15.08.2023 - 00:29

İngiltərə millisinin futbolçusu Ceyms Uord-Prausun yeni klubu bəlli olub.
Apasport.az saytının məlumatına görə, 28 yaşlı futbolçu “Vest Hem”ə keçib.
“Sauthempton”dan ayrılan futbolçu yeni klubu ilə 4 illik müqavilə imzalayıb. Ceyms 2027-ci ilədək “Vest Hem”də çıxış edəcək.
Qeyd edək ki, Uord-Praus yetirməsi olduğu “Sauthempton”da 410 matçda 55 qol vurub.
- "Qarabağ"ın iki əməkdaşı “Johan Cruyff” institutunun diplomunu alıb
- AVRO-2024-ün yekun səbətləri – Azərbaycanla Türkiyə 4-də
- Güləş Federasiyasının sabiq vitse-prezidenti vəfat edib
- "Sabah"ın yeni transferi: "Burada olduğum üçün şadam" - VİDEO
- "Bornmut" ispaniyalı məşqçisi ilə müqavilə müddətini uzatdı
0
0