"Cim-bom" rekorda qaçır
10.10.2023 - 00:51
“Qalatasaray” 36 ildən sonra rekordu yeniləyib.
Apasport.az xəbər verir ki, “sarı-qırmızı”lı komanda çempionatın geridə qalan 8 turunda 7 qələbə və 1 heç-heçəyə nail olub.
Hələ ki, məğlubiyyət üzü görməyən İstanbul klubu rəqib qapılarına 16 qol vurub, öz qapısından isə 4 qol buraxıb. Komanda 1987/88 mövsümündə məhz 8 matçdan sonra 22 xal toplaya bilib.
Qeyd edək ki, “aslanlar” 9-cu turda evdə “Beşiktaş”ı sınağa çəkəcək. Matç oktyabrın 21-də keçiriləcək.
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib - FOTO
- Azərbaycan millisi yenə məğlub oldu - YENİLƏNİB
- Vurğun Hüseynov: “Belçikaya qarşı oynayan əvvəlki heyətimiz indikindən güclü idi”
- “Alkmaar”ın yarımmüdafiəçisi “Milan”da
- Rüfət Abbasov: "Son saniyədə buraxdığımız qolla "Qarabağ"a məğlub olmaq həqiqətən üzücüdür"
0
0