Con Terri “Çelsi”ni alır?
20.09.2023 - 12:07
Veteran futbolçu Con Terri son açıqlaması ilə diqqət mərkəzinə düşüb.
Apasport.az saytı xəbər verir ki, 42 yaşlı ingilis, keçmiş komandası “Çelsi”nin 10 faiz səhmini almağı planlaşdırır.
Keçmiş müdafiəçi dostları ilə birlikdə bu işin mümkünlüyünü araşdırır. London klubunun ortaqlarından olan Todd Boeli də bu satışı dəstəkləyir. O, əldə olunacaq gəlirlə klubun bazasını yenidən qurmaq niyyətindədir.
Qeyd edək ki, 1998-2017-ci illər ərzində “Çelsi” forması geyinən Terri 492 matçda 41 qol vurub.
- Azərbaycan Kuboku: "Neftçi"yə finalda "Qəbələ" rəqib oldu - YENİLƏNİB
- Hacı Əliyevlə iranlı güləşçi arasında gərgin anlar yaşandı
- “Benfika” - “Portu” matçında qalib müəyyənləşmədi
- İspaniya millisi Gürcüstana butsu və qapıçı əlcəyi olmadan gəldi
- Millimizin oyunçusu: "Bura qrupdan çıxmaq üçün yox, çempion olmaq üçün gəlmişik" - Müsahibə
0
0