Dadaşov ilk dəqiqədə qol vurdu, komandası qələbə qazandı
03.09.2024 - 10:49
Almaniyada Şimal-Şərq Regional Liqasında 6-cı turun oyunları keçirilib.
Apasport.az xəbər verir ki, millimizin sabiq hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Dinamo” doğma meydanda “Herta Zelendorf”u qəbul edib.
Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Dadaşov meydana start heyətində çıxıb və sona qədər oynayıb. O, komandasının 1-ci dəqiqədə ilk qolunu vurub. Hazırda "Dinamo" 8 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
- Qurban Qurbanov: “Birdən-birə düşünülən fikirlərin hamısını həyata keçirmək asan deyil”
- "Qarabağ" yunan qapıçı ilə razılaşa bilmir
- “Qarabağ”da ciddi itkilər - NÖVBƏTİ MATÇI BURAXACAQLAR
- Təmsilçilərimiz Avropa Kubokunun ilk günündə 3 medal qazanıb
- Faiq Hacıyev: “Turan Tovuz”da meydana çıxacağım bütün görüşlərdə ən yaxşısını edəcəm" - MÜSAHİBƏ
0
0