"Fənərbaxça"nın uğurlu futbolçusu İsmail Yüksekin adı transfer söz-söhbətlərində hallanmağa davam edir.
Apasport.az xəbər verir ki, "Fənərbaxça"nın İsmayıl Yüksek üçün transfer qiymətinin 230 qatı təklif aldığı iddia edilib. “Fənərbaxça” isə 2020-21 mövsümünün əvvəlində “Gölcükspor”dan İsmayıl Yüksəki cəmi 65 min avroya transfer edib.
"Lion"dan sonra "Marsel" də futbolçu ilə maraqlanmağa başlayıb. "Marsel"in 24 yaşlı futbolçu üçün "Fənərbaxça"ya 15 milyon avro təklif etdiyi iddia edilib.
Qeyd edək ki, bu mövsüm bütün turnirlərdə 29 matça çıxan İsmail Yüksek 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun "Fənərbağça" ilə 2027-ci ilə qədər müqaviləsi var.
- Laporta: Messi yeni mövsümdən “Barselona”ya qayıdacaq
- Menecer: “Qarabağ”ın “transfermarkt”dakı qiymətinə baxanda təəccübləndim”
- “Formula-2”: Azərbaycan Qran-prisidə son yarış - FOTOLENT
- Türkiyə təmsilçiləri ölkənin Olimpiya tarixində ilkə imza atıblar
- Bakıda keçiriləcək dünya çempionatının məkanı bəlli oldu