
Braziliya millisinin futbolçusu Dani Alves dünyanın ən yaxşı sağ cinah müdafiəçilərini açıqlayıb.
Apasport.az saytının məlumatına görə, 39 yaşlı veteran müdafiəçi dörd oyunçunun adını çəkib.
O, özünü də bu siyahıya daxil edib: “Mən Joao Kanselu, həmçinin “çelsi”dən Ris Ceyms və Trent Aleksander-Arnoldun fanatıyam. Onların hamısı 50 metr irəli ötürmə etməyi bacarır. Həmçinin də Dani Alves, o, mənə çox güclü görünür”.
Qeyd edək ki, braziliyalının özündən başqa fərqləndirdiyi hər üç müdafiəçi İngiltərə Premyer Liqasında çıxış edir. Kanselu “Mançester Siti”də, Ceyms “Çelsi”də, Aleksander-Arnold “Liverpul”da forma geyinir.
- "Sumqayıt" bu gün ilk yoxlama oyununa çıxacaq
- Prezident Avropa çempionatının yayımı üçün 940 500 avro ayırdı
- Güləşçimiz Dünya Kubokunda zədələnib, yarışı dayandırdı
- Dünya Taekvondosunun prezidenti: “Azərbaycanda taekvondonun inkişafına böyük dəstək göstərilir”
- Azərbaycan kubokunda legioner limiti açıqlandı