DÇ-2022: Fransa millisində növbəti itki
14.11.2022 - 15:07
Fransa millisi DÇ-2022 ərəfəsində daha bir itki ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, bunu Fransa Futbol Federasiyası açıqlayıb.
PSJ-nin müdafiəçisi Presnel Kimpembe Qətərdəki mundialda iştirak etməyəcək. Onun əvəzinə “Monako”nun mərkəz müdafiəçisi Aksel Disasi yığmaya çağırılıb. Bu dəyişikliyə Kimpembenin zədəsi səbəb olub.
Qeyd edək ki, Disasi cari mövsümün 23 oyununda 3 qol vurub.
- Samir Abasov: "Sabah mən burda olmaya bilərəm..."
- Niderlandlı ulduz "Komo" yolunda
- Şahrudin Məhəmmədəliyev: "Qarabağ"dan başqa da təkliflərim var idi" - Müsahibə
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Azərbaycanlı güllə atıcıları MDB Oyunlarını 3 medalla başa vurublar
0
0