DÇ-2026: Əlcəzair İsveçrəyə rəqib oldu
28.06.2026 - 08:08
DÇ-2026-da 1/16 final mərhələsinin növbəti cütü müəyyənləşib.
Apasport.az xəbər verir ki, pley-offun ilk raundunda İsveçrə və Əlcəzair milliləri üz-üzə gələcək.
İsveçrə B qrupunu lider kimi başa vurub. Əlcəzair isə J qrupunda 3-cü pilləni tutaraq ən yaxşı üçüncülər sırasında 1/16 finala yüksəlib.
Qeyd edək ki, İsveçrə - Əlcəzair qarşılaşması iyulun 2-də keçiriləcək.
0
0