De Bruyne karyerasını İtaliyada davam etdirəcək
25.05.2025 - 13:58

“Mançester Siti”dən ayrılacağını açıqlayan Kevin De Bruyne karyerasını İtaliyada davam etdirəcək.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçi A Seriyasının son qalibi “Napoli” ilə anlaşıb.
De Bruyne İtaliya klubu ilə 3 illik müqavilə imzalayacaq. 33 yaşlı oyunçunun “Napoli”də illik maaşı 6 milyon avro olacaq.
Kevin De Bruyne 2015-ci ildən “Mançester Siti”də çıxış edir. Belçika millisinin üzvü 10 ilə ərzində “şəhərlilər”in heyətində meydana çıxdığı 421 rəsmi matçda 108 qol və 177 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0