De Xea klub axtarışında
18.10.2023 - 15:09

“Mançester Yunayted”in sabiq futbolçusu David de Xea klub axtarışını davam etdirir.
Apasport.az xəbər verir ki, İngiltərədən olan azarkeşlər onu yenidən “Old Trafford”da görmək istəyir.
İyul ayından “qırmızı şeytanlar”la yollarını ayıran ispaniyalı qapıçı hələ özünə komanda tapmayıb. Azarkeşlər sonuncu dəfə Mançesterdə məşq edərkən görünən futbolçunu yenidən kluba qayıtmasını istəyir. Onlar Andre Onananın əvəzinə de Xeanın oynamasını tələb edir.
Qeyd edək ki, adı “Real”la daha çox hallanan oyunçunun karyerasında hansı addımı atacağı hələ dəqiqləşməyib.
- “Turan Tovuz”un müdafiəçisi Roderik Miller: “Həmin epizodla bağlı şərh verə bilməyəcəm” - Müsahibə
- Finala Fransa və Argentinanın oyununu idarə etmiş hakim təyin olundu
- “Latsio” Genduzinin keçidini həll etdi
- “Neftçi” “Matç TV” turnirində son oyununu keçirdi
- Hakimi vuran klub prezidenti sərbəst buraxıldı
0
0