De Xea uzun müddət sonra ilk matçına çıxa bilər
22.08.2024 - 18:14
İspaniyalı qapıçı David De Xea uzun müddətdən sonra bu gün oyuna çıxa bilər.
Apasport.az xəbər verir ki, "Fiorentina"nın yeni transferi bu axşam UEFA Avropa Liqasının "pley-off" mərhələsində "Puşkaş Akademia"ya qarşı keçiriləcək matçda forma geyinə bilər.
Ötən mövsüm yaşıl meydanlara çıxmayan De Xea İtaliya təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, qapıçının sonuncu dəfə oynadığı matç FA kubokunun finalında Mançester derbisi olub. Həmin qarşılaşmada "Mançester Siti" 2:1 hesablı qələbə qazanaraq kuboku muzeyinə aparıb.
- Millimiz Avropa çempionatının seçmə mərhələsindəki sonuncu matçında da uduzub
- Türkiyə kuboku: "Konyaspor" - "Qalatasaray" matçının tarixi bəlli olub
- DÇ-2022-də təmsil olunan klublar: “Bavariya” Qətərdədir
- Amina Abdellatif: “Avropa çempionatında qadın cüdoçulara ümidlər böyükdür”
- Klubların Lisenziyalaşdırılması Departamentinin fəaliyyəti ilə bağlı yoxlamanın nəticələri açıqlandı
0
0