"Keçən mövsüm onunla müqavilə bağlaya bilmədik. Hazırda bir çox digər oyunçular kimi, Uilyams da “Barselona”da oynamaq istədiyini nümayiş etdirir".
Apasport.az xəbər verir ki, bunu "Barselona"nın idman direktoru Deku deyib.
klub rəsmisi "Atletik" forması geyinən Niko Uilyamsın kataloniyalılara keçməsinə şərait yaradan müəyyən meyarın olduğunu bildirib:
“Niko Uilyams “Barselona”ya keçmək istəyir. Əgər hər iki klub arasında razılıq əldə olunarsa, bu transfer baş tuta bilər. Lamine Yamalla olan dostluğu yaxşıdır, amma biz çox çalışmaq və qələbə qazanmaq üçün buradayıq".
Qeyd edək ki, 22 yaşlı vinger 2024/25 mövsümündə bütün turnirlərdə 45 oyunda meydana çıxıb, 11 qol vurub və 7 məhsuldar ötürmə edib.
- "Qarabağ"ın rəqibinin iştirak ərizəsi bəlli oldu
- “Atletiko”dan “Barselona”ya sərt xəbərdarlıq: Alvarez üçün 500 milyon avro tələbi
- Azərbaycan millisinin üzvü: "Avropa çempionatına vəsiqə qazanmağa çalışacağıq"
- “Mançester Yunayted” qapıçısını icarəyə verir
- “Beşiktaş”ın ulduzları komandadan qovuldu: Abubakar, Qezzal, Rozier...