“İpsviç”in hücumçusu Liam Delapın gələcəyi İngiltərədə yay transfer pəncərəsinin əsas mövzularından birinə çevrilib.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, 22 yaşlı forvardla Premyer Liqanın bir neçə klubu maraqlanır.
Belə ki, Delapı “Mançester Yunayted”, “Çelsi” və “Everton” öz rənglərinə bağlamaq üçün yarışır. “Everton”un baş məşqçisi David Moyes artıq onunla şəxsi görüş keçirib və mümkün keçidlə bağlı danışıqlar aparıb.
İngiltərəli futbolçu bu mövsüm 39 oyunda meydana çıxıb, 12 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, “İpsviç”in hücum xəttində əsas fiqurlardan birinə çevrilərək, yüksək səviyyəli klubların diqqətini cəlb edib.
- Azərbaycan çempionatının oyunu təxirə salındı
- Məmməd Quliyev: "İndiki vəziyyətdə Taylandda qalmaq istəyirəm" - Müsahibə
- "Turan Tovuz"un legioneri Moldova millisinə dəvət alıb
- Azər Bağırov "Araz Naxçıvan" üçün "Qarabağ" sistemini seçdi - MÜSAHİBƏ
- "Yersiz-yurdsuz" "Araz" Mərdəkandan da oldu: ORADA OYNAYACAQLAR