Depay İngiltərəyə qayıdır?
24.08.2022 - 17:46
“Barselona”nın hücumçusu Memfis Depay yenidən “Mançester Yunayted”ə qayıda bilər.
Apasport.az saytının məlumatına görə, Niderland millisinin üzvü “qırmızı şeytanlar” üçün alternative variantlar arasındadır.
“Yuventus” Arkadiuş Miliklə müqavilə imzalamaq qərarına gəldiyi üçün Depayın bu komandaya keçidi böyük ehtimalla baş tutmayacaq. Ancaq “Mançester Yunayted” onun transferi müqabilində “Barselona”ya 10 milyon avro təklif etməyə hazırdır.
Qeyd edək ki, Memfis Depay 2015-2017-ci illərdə “Mançester Yunayted”də çıxış edib.
- Emin Mahmudov: "Gözləmirdim ki, nə vaxtsa Qurban Qurbanova çata bilərəm"
- Şahruddin Məhəmmədəliyev: “Məni sevib-sevmədiklərini özlərindən soruşa bilərsiniz” - Müsahibə
- NBA: Alperen dubl-dabl etdi, “Hyuston” qələbə qazandı
- Azərbaycan Basketbol Liqası start götürür
- Azərbaycan Kubokunda 34-cü dəfə qalib penaltilər seriyasında müəyyənləşib
0
0