Derbidə meydana yad əşya atan azarkeş ömürlük cəzalandırılıb
01.10.2024 - 17:42
İspaniya təmsilçilərindən “Atletiko” La Liqanın VIII turunda “Real Madrid”lə keçirilmiş derbi oyununda meydana yad əşya atan azarkeşlə bağlı qərar verib.
Apasport.az Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, onun stadiona girişinə ömürlük qadağa qoyulub.
Həmçinin matçlar zamanı maska ilə üzünü gizlədən fanatların tribunalara daxil olmasına icazə verilməyəcək.
Qeyd edək ki, ikinci hissədə tribunadan “Real Madrid”in qapıçısı Tibo Kurtuaya atılan yad əşyalar səbəbindən 20 dəqiqə dayandırılan görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
- “Bavariya” almaniyalı futbolçu ilə yollarını ayıracaq
- Yığmamızın İslamiadadakı oyunlarının başlama saatı bəlli olub
- "Milli üçün namizədim Bülent Korkmaz, Əsgər Abdullayev, Tərlan Əhmədov və... "
- “Çelsi” Jorjinyo Rutter transferi üçün hərəkətə keçib
- Azərbaycanın trek velosipedi üzrə millisi Slovakiyada beynəlxalq yarışda iştirak edəcək
0
0