Deşam millidən ayrılacaq
08.01.2025 - 11:17
Fransa millisinin baş məşqçisi Didye Deşam vəzifəsindən ayrılacaq.
Apasport.az xəbər verir ki, bu barədə "Lequipe" məlumat yayıb.
Mütəxəssis yığmanı Şimali Amerikada keçiriləcək DÇ-2026-dan sonra tərk edəcək.
Qeyd edək ki, Didye Deşam 2012-ci ilin yayından Fransa millisinin baş məşqçisi vəzifəsini yerinə yetirir. Bu müddətdə komanda onun rəhbərliyi altında bütün turnirlərdə 166 matça çıxıb, 106 dəfə qalib gəlib, 31 dəfə heç-heçə edib, 29 dəfə uduzub. 2018-ci ildə Fransa yığması Rusiyada keçirilən dünya çempionatının qalibi olub.
- "Bornmut"un hücumçusu Avropa nəhənglərinin hədəfində
- Kadi: “Belə qarşılaşmaların taleyini fərqli detallar həll edir”
- Fernandu Santuş təşəkkür etdi: "Azərbaycan xalqına bu müddətdə..."
- Samir Abbasov: “Bu oyun bizim üçün dərs olmalıdır” - MÜSAHİBƏ
- Reqekampf: "Qarşımızda duran ən ali məqsəd kuboku qazanmaqdır"
0
0