“Mançester Yunayted” və “Arsenal” kimi komandaların kənarda qaldığı turnirdə biz yolumuza davam edirik”.
Apasport.az saytı xəbər verir ki, bunu "Yuventus"un yarımmüdafiəçisi Anxel Di Maria deyib.
35 yaşlı yarımmüdafiəçi Avropa Liqasının yarımfinal mərhələsinin qarşıdakı oyunlarına münasibət bildirib. O bildirib ki, finala vəsiqə üçün əlindən gələni edəcəklər: “İndi Avropa Liqası mənim üçün hər şeydir. Yalnız bir dəfə iştirak etdiyim yarışda heç vaxt qalib gəlməmişəm. Avropa Liqası "Mançester Yunayted" və "Arsenal" kimi bir çox böyük klubların bu mövsüm oynadığı mühüm turnirdir. İndi isə onlar kənardadırlar və "Yuventus" mübarizəni davam etdirir".
Qeyd edək ki, Avropa Liqasının yarımfinal mərhələsinin “Yuventus” və “Sevilya” arasında ilk oyunu bu gün keçiriləcək. Matç Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.
- Çimərlik voleybolçularımız Türkiyədəki turnirdə iştirak edib - FOTO
- Stolüstü tennis üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
- “Qarabağ” “Top-5”də - dünyada uğurlu seriya
- UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair tədbir təşkil olunub
- Mişuradan təklif: "Əvvəlki “Neftçi” ilə indiki “Neftçi” qarşılaşsın" - MÜSAHİBƏ