“Yuventus”un yarımmüdafiəçisi Anxel Di Mariya ən böyük arzusunu açıqlayıb.
Apasport.az saytının məlumatına görə, 34 yaşlı hücumameyilli oyunçu ölkəsi Argentinaya qayıtmaq niyyətindədir.
Millinin aparıcı üzvü karyerasını yetirməsi olduğu “Rosario”da bitirmək qərarında olduğunu gizlətməyib: “Arzum “Rosario”ya qayıtmaqdır. Çoxdandır buna ümid edirəm. Asan deyil, amma istəyirəm. Argentinalı oyunçular Avropada gələcək arzulayırlar, mən isə “Rosario”ya qayıtmağı xəyal edirəm”.
Qeyd edək ki, Anxel Di Mariya 2005-2007-ci illərdə “Rosario”da peşəkar futbolçu kimi çıxış etdikdən sonra Avropaya yollanıb.
- Azərbaycanın stolüstü tennisçiləri Çində beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar
- "Napoli"dən növbəti qələbə, "Latsio" səfərdə xalsız qalıb
- “Barselona” ukraynalı oyunçu ilə maraqlanır
- ÇL: “Bavariya”dan darmadağın, “Barsa” 10 nəfərlə qələbə qazandı - YENİLƏNİB
- “Liverpul”un hücumçusu əməliyyat olunub