Dibala "Roma"dan ayrılmaq istəyir
11.11.2025 - 15:47
“Roma”nın hücumçusu Paulo Dibala karyerasını Argentinanın “Boka Xuniors” klubunda davam etdirmək niyyətindədir.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçunun “Roma” ilə müqaviləsinin müddətinin uzadılması yüksək maaşı səbəbindən sual altındadır.
Dibalanın hazırkı sözləşməsinin müddəti gələn yay başa çatacaq. Bu səbəbdən, o, Argentinaya qayıtmağa açıqdır.
31 yaşlı forvard 2022-ci ildən “Roma”nın formasını geyinir. O, cari mövsümdə bütün turnirlərdə 9 oyuna çıxaraq, 2 qol vurub və 1 məhsuldar ötürmə verib.
- Azər Bağırov: "Həm kubok, həm çempionatda oynamaq çətindir"
- Ronaldo DÇ-yə iddialı gəldi – “Ümid və inamla buradayıq”
- “Qalatasaray”dan yeni transfer
- “Azərreyl”in avrokubok matçlarının vaxtı dəqiqləşdi
- "Çelsi"nin baş məşqçisi Qurban Qurbanov haqda: "17 il ardıcıl eyni klubu çalışdırmaq heyrətamiz bir şeydir"
0
0