Diniyev asist etdi, komandası qələbə qazandı - VİDEO
28.10.2024 - 10:18
Futbol üzrə Türkiyə Birinci Liqasının 10-cu turunun bir sıra oyunları baş tutub.
Apasport.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Coşqun Diniyevin formasını geyindiyi “Bandırmaspor” öz meydanında “Sakaryaspor”u qəbul edib.
Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Meydana start heyətində çıxmış Diniyev 51-ci dəqiqədə komandasının üçüncü qolunun ötürməsini verib. O, 84-cü dəqiqədə əvəzlənib.
Qeyd edək ki, “Bandırmaspor” 18 xalla 4-cü pillədə qərarlaşıb.
- AFFA nümayəndəsi UEFA-nın tədbirində
- Kaxaber Tsxadadze: “Kimdir məni yatmağa qoyan?”
- “Məşuqəni ailəndən çox düşünəndə diqqətini futbola yönəltmək çətindir” - Regekampf haqda
- Ağır atletika üzrə Avropa çempionatından geri çağırılan azərbaycanlı atletlər Ermənistanı tərk etdi - YENİLƏNİB
- Rafael Ağayev: "İndi daha ağıllıyam" - VİDEO
0
0