Donnarummaya Premyer Liqadan növbəti elçi
01.08.2025 - 14:43
Donnarummaya Premyer Liqadan növbəti elçi

PSJ-dən ayrılığı gündəm olan Cianluici Donnarummaya daha bir Premyer Liqa klubu elçi düşüb.

Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, daha öncə "Çelsi"nin yaxından maraqlandığı italiyalı qapıçı artıq "Mançester Yunayted"in də transfer siyahısında yer alıb.

Andre Onananın oyunundan narazı qalan Ruben Amorim 26 yaşlı qolkiperi heyətində görmək istəyir.

Oyunçunun qarşıdakı günlərdə PSJ rəhbərliyi ilə görüşərək gələcəyi haqda yekun qərar verəcəyi bildirilir.

Qeyd edək ki, ilk başda Donnarumma ilə "Qalatasaray" maraqlansa da, İtaliya millisinin üzvü Super Liqada oynamaq istəmədiyindən "cimbom"un təklifini geri çevirmişdi.